Kayıtlar

EVLİYA ÇELEBİ AZERBAYCAN'DA

Resim

QAFQAZLİFE: Övliya Çələbinin Azərbaycana aid kitabı nəşr edili...

QAFQAZLİFE: Övliya Çələbinin Azərbaycana aid kitabı nəşr edili... : Kitabın təqdimatı Türkiyənin Azərbaycandakı səfirliyində keçirilib.Türkiyə ilə yanaşı, Azərbaycan tarixində görkəmli yer tutan səyyah Övli...

E. Çelebi Bakü'de

Resim

Evliya Çelebi'nin I. Azerbaycan seyahati

Resim
http://qafqazlife.blogspot.com/2013/02/evliya-clbi-syahtnamsind-azrbaycan.html

SEYYİD YAHYA ŞİRVANİ

Resim
SEYİD YƏHYA BAKUVİNİN HƏYATI VƏ ƏSƏRLƏRİ  a. Həyatı Seyid Yəhya Bakuvi XIV əsrin sonlarında Şamaxıda doğulmuşdur. Tam adı, əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Daha çox “Şirvani” və “Bakuvi” nisbəsi ilə məşhur olmuşdur. Şirvani nisbəsi vətəninin Şirvan olması səbəbilədir. Bakuvi deyilməsinin səbəbi isə həyatının ən uzun və ən səmərəli dövrünü Bakıda yaşamış olmasındandır. Seyid Yəhya elmi və təsəvvüfi tərbiyəsini Şamaxıda tamamladı. Ancaq bir şeyx olaraq irfani fəaliyyətini Bakıda davam etdirdi. Vəfatına qədər qırx ildən çox Bakıda göstərdiyi fəaliyyətləri və yetiştirdiyi müridləri sayəsində şöhrəti ətraf bölgələrə yayıldı. Seyid Yəhya sağlam bir şəcərə ilə İmam Musa Kazım soyundan gəlir. Atası Seyid Bəhaəddin, Şirvanşahlar dövlətində Naqibul-Əşraf vəzifəsində işləmişdir. Ata-babalarının hamısı da naqiblər nəslindən olmuşdur. Əhli-beytə mənsub olduğunu şeirlərində “Seyid” təxəllüsündən istifadə etməklə göstərmişdir.

EVLİYA ÇELEBİ SEYAHATNAMESİNDE AZERBAYCAN

Resim
Azərbaycan tarixi ilə əlaqəli əhəmiyyətli mənbə kitabları arasında yer alan “Evliya Çələbi Səyahətnaməsi”nin yaşadığımız coğrafiyaya aid hissələrinin tam, eyni zamanda ən etibarlı müəllif nüsxəsinə istinad edilərək nəşr edilməsi ehtiyac və lüzumu əlimizdəki bu kitabın ərsəyə gəlməsi düşüncəsinin doğmasına yol açdı. Azərbaycanda “Səyahətnamə” ilə bağlı aparılan işlər və onların “Səyahətnamə”nin Azərbaycana tanıdılması istiqamətindəki xidmətləri böyükdür. Lakin heç biri Evliyanın dörd səfərinin hamısını əhatə etməmişdir. Odur ki, “Səyahətnamə”nin üç cildində bəhs edilən dörd Azərbaycan səfərini və əlavə məlumatları bütövlükdə əhatə etməyə çalışdıq. Evliya Çələbinin 400 illik yubileyi münasibətilə YUNESKO tərəfindən 2011-ci ilin Evliya Çələbi ili elan edilməsi “Səyahətnamə”də yer alan Azərbaycanla əlaqəli hissələrin bir araya gətirilərək müstəqil bir kitab halında nəşrə hazırlanmasında mühüm amil oldu. Beləcə, bir tərəfdən onun xatirəsini yad edərkən digər tərəfdən Azərbaycan elmi üçün...