UNESCO tərəfindən elan olunmuş "Seyid Yəhya ili - 2013" tədbirlərinə yekun vurulur
Azərbaycanlı böyük sufi mütəfəkkir Seyid Yəhya Bakuvi Şirvaninin vəfatının 550-ci ildönümü münasibətilə 2013-cü il UNESCO tərəfindən mütəfəkkirin əziz xatirəsinə həsr edilmişdi. Bir il boyunca keçirilmiş silsilə tədbirlərə iyun ayının 27-sində saat 16.00-da Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunacaq qapanış mərasimi ilə yekun vurulacaqdır. Qeyd edək ki 2013- cü il boyunca və cari ilin ilk yarısında bu çərçivədə Respublikada və xaricdə dövlət, ictimai , təhsil qurumları tərəfindən çoxsaylı mədəni-maarifləndirici tədbirlər həyata keçirildi . Bu tədbirlərə Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Araşdırmalar İnstitutu , Gəncliyə Yardım Fondu, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, eləcə də Bakıda və bölgələrdəki bir çox ictimai təşkilatlar, Türkiyədən isə Tə...